Ana Sayfa > Manşet / Dünya > Yaponiya qripə yoluxdu - 3 milyon adam xəstədir

Yaponiya qripə yoluxdu - 3 milyon adam xəstədir


26-01-2018, 10:55. Yazar: admin
Yaponiya qripə yoluxdu - 3 milyon adam xəstədir




Yaponiyada qrip xəstəliyi artmaqda davam edir.

aia.az-ın məlumatına görə, bu həftənin əvvəlinə ölkədə qripə yoluxan pasiyentlərin sayı 2,83 milyon nəfərə çatıb. Bu, ötən həftə ilə müqayisədə xəstələrin sayının 1 milyon nəfər artması deməkdir.

Hazırda orta hesabla bir həkimə qripə yoluxmuş 52 pasiyent düşür ki, bu da 1999-cu ildən aparılan müvafiq statistikaya əsasən rekord rəqəmdir.

Daha mürəkkəb vəziyyət Küsü adasının cənub-qərbində qeydə alınıb. Burada hər həkim 80 xəstəni müayinə etməlidir.

aia.az
Geri dön