Ana Sayfa > Siyasət > Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum oldu

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum oldu


26-01-2018, 10:54. Yazar: admin
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum oldu




Azərbaycan Milli Məclisinin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb.

aia.az-ın xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar "Sosial sığorta haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Peşə təhsili haqqında", "Dərman vasitələri haqqında”, "Terrorçuluğa qarşı mübarizə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunlara, o cümlədən İnzibati Xətalar və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi və 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.

aia.az
Geri dön