Ana Sayfa > Karusel / Parlament > Bakıda iş adamının evindən 110 min dollar oğurlandı
Bakıda iş adamının evindən 110 min dollar oğurlandı25-01-2018, 12:17. Yazar: admin |
Bakıda türkiyəli iş adamının evi qarət edilib. APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Səlçuq Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir. Qeyd edək ki, Səlçuq Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur aia.az Geri dön |