Ana Sayfa > Karusel / Gündəm > Bakıda 5 prokurorluq əməkdaşı işdən çıxarılıb

Bakıda 5 prokurorluq əməkdaşı işdən çıxarılıb


24-01-2018, 18:07. Yazar: admin
Bakıda 5 prokurorluq əməkdaşı işdən çıxarılıb




Yanvarın 24-də Bakı şəhər prokurorluğunda geniş kollegiya iclası keçirilib


Baş Prokurorluqdan verilən məlumata görə, əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

aia.az
Geri dön