Ana Sayfa > Karusel / Ölkə > "Azərişıq" borca görə AMEA-nın işığını kəsib

"Azərişıq" borca görə AMEA-nın işığını kəsib


23-01-2018, 15:35. Yazar: admin
"Azərişıq" borca görə AMEA-nın işığını kəsib



Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.



“APA-Economics”in məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın “Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.



“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “APA-Economics”ə verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.



Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun (DETİ) əsasında SSRİ Elmlər Akademiyası (EA) Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrilib.

aia.az
Geri dön