Ana Sayfa > Karusel / Gündəm > Yeni vergilər naziri “Naz-Lifan”dan istifadə edir

Yeni vergilər naziri “Naz-Lifan”dan istifadə edir


23-01-2018, 11:50. Yazar: admin
Yeni vergilər naziri “Naz-Lifan”dan istifadə edir




Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra nazirliyə “Naz-Lifan” markalı avtomobillə gəlib.

Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan “Naz-Lifan” markalı xidməti avtomobildən istifadə edir.

Bununla yanaşı, onun xidmətində “BMW” markalı avtomobil də var. Mikayıl Cabbarov daha çox “BMW”dən istifadə edir.

Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziri vəzifəsində çalışır.

aia.az
Geri dön