Ana Sayfa > Siyasət > Fəzail Ağamalı: “Zərdüşt Əlizadə allahsızlıq edir”

Fəzail Ağamalı: “Zərdüşt Əlizadə allahsızlıq edir”


22-01-2018, 14:53. Yazar: admin
Fəzail Ağamalı: “Zərdüşt Əlizadə allahsızlıq edir”


“Mənim rəhmətlik Xudu Məmmədovun vəfatı ilə bağlı fikirlərimi Zərdüşt Əlizadə bir daha özünəməxsus şəkildə cavablandırıb.

Mən həmin yığıncaqda iştirak edirdim. Fərhad Bədəlbəylini, Eldar Quliyevi mən o zaman tanımırdım. Heç Zərdüşt Əlizadəni də tanımırdım. Ancaq Xudu Məmmədovu, Hatəmini, Nemət Pənahlını, İsa Qəmbəri tanıyırdım”.


Bu sözləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Modern.az-a açıqlamasında deyib.



F.Ağamalı bildirib ki, yığıncağın keçirildiyi yeri yaxşı xatırlayır, həmin yığıncaqda hamı kimi o da Xudu Məmmədovun rəhmətə getməsinin şahidi olub və sarsıntı keçirib.



“Yığıncaq nəticəsiz dağıldı. Və sonrakı günlərdə yasda iştirak etdim, hətta “Hökümət evi”nin qarşısındakı evlərində də dəfələrlə oldum, yeganə oğluna təsəlli verməyə çalışdım. Bütün bunlar öz yerində.
Yığıncaqda Azərbaycanda yaranmış vəziyyətlə bağlı olduqca gərgin müzakirələr keçirilirdi. Zərdüşt Əlizadə Xalq Cəbhəsilə bağlı yazdıqlarını oxuduqdan sonra ona etirazlar başladı və ən ciddi iradları da Xudu Məmmədov bildirdi. Zərdüşt Əlizadə onunla razılaşmadı və emosional, səsini ucaldaraq fikirlərində israr etdi. Bu vəziyyət Xudu Məmmədovu bərk əsəbləşdirdi və o, bir neçə dəqiqə içərisində dünyasını dəyişdi. Bunu təkzib etmək allahsızlıqdı.

Zərdüşt Əlizadə öz antimilli fəaliyyətilə bu gün də xalqımızın heysiyyatilə oynamaqda, insanları təhqir etməkdə, onların səhəttinə ağır zərbələr vuqrmaqdadı.

Onu da qeyd edib ki, Zərdüştün hazırladığı Xalq Cəbhəsinin proqramı sonrakı müzakirələrdə rədd edildi və yeni proqram üzərində iş başlandı. Firudin Cəlilov, Pənah Hüseyn və mən bizim və Firudin bəyin evində proqram üzərində intensiv işlədik və o, müəyyən əlavələrlə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında qəbul edildi”.

aia.az
Geri dön