Ana Sayfa > Karusel / Cəmiyyət > Polis əməliyyat keçirdi, 27 nəfər axtarışda olan tutuldu

Polis əməliyyat keçirdi, 27 nəfər axtarışda olan tutuldu


22-01-2018, 11:03. Yazar: admin
Polis əməliyyat keçirdi, 27 nəfər axtarışda olan tutuldu




Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

aia.az
Geri dön