Ana Sayfa > Karusel / Ölkə > 23 yaşlı şəhid əsgərimiz dəfn olundu

23 yaşlı şəhid əsgərimiz dəfn olundu


20-01-2018, 13:29. Yazar: admin
23 yaşlı şəhid əsgərimiz dəfn olundu




Azərbaycan Ordusunun ötən gün şəhid olan əsgəri 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsində torpağa tapşırılıb.

AzVision.az-ın məlumatına görə, dəfn mərasimində Neftçala rayon İcra Hakimiyyətinin rəhbərliyi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Qeyd edək ki, İbrahim Mənəfov 1995-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində dünyaya gəlib, ali təhsilli olub. Milli Aviasiya Akademiyasının məzunu olan Mənəfov 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

İ.Mənəfov ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olub.

aia.az
Geri dön