Ana Sayfa > Manşet / Siyasət > "Siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar" - Məzahir Pənahov

"Siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar" - Məzahir Pənahov


20-01-2018, 13:28. Yazar: admin
"Siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar" - Məzahir Pənahov




"Siyasi partiyalar 2017-ci il üzrə maliyyə hesabatını ilin əvvəlindən göndərməyə başlayıblar"

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, ötən il bəzi siyasi partiyalar məlumat göndərməyib: "Biz çalışırıq ki, bu prosesi qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Amma eyni zamanda ümumi mövqeyimiz ondan ibarətdir ki, kəskin mövqe tutmaq tezdir. 2017-ci ili iki il əvvəllə müqayisə etsək, müsbətə doğru ciddi fərqlərin olduğunu görmək olar. Hiss olunur ki, siyasi partiyalar bu məsələlərə ciddi yanaşırlar".



aia.az
Geri dön