Ana Sayfa > Karusel / Siyasət > MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı

MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı


20-01-2018, 13:27. Yazar: admin
MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı




Mərkəzi Seçki Komissiyası (MSK) bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

AzVision.azxəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Komissiya sədri bildirib ki, yanvar ayının ilk günlərindən ölkə ərazisində seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb.

"Dəqiqləşdirmələr fevralın 5-dək məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər bu prosesə yekun vurulacaq və siyahılar rəsmi sənəd kimi təsdiq ediləcək" - M.Pənahov qeyd edib.

aia.az
Geri dön