Ana Sayfa > Siyasət > Rusiya bu ölkənin 240 milyon borcunu bağışladı

Rusiya bu ölkənin 240 milyon borcunu bağışladı


19-01-2018, 17:44. Yazar: admin
Rusiya bu ölkənin 240 milyon borcunu bağışladı




Rusiya Dövlət Duması Qırğızıstanın 240 milyon dollar məbləğində olan borcunun silinməsi haqqında qanunu birinci oxunuşda qəbul edib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən il Qırğızıstan prezidenti Almazbek Atambayevin Rusiyaya rəsmi səfəri zamanı iki ölkənin maliyyə nazirləri Anton Siluanov və Adılbek Qasıməliyev Qırğızıstanın əvvəl verilmiş kreditlər üzrə Rusiya qarşısında borcunun tənzimlənməsi haqqında sazişə dair protokol imzalayıb.

Qeyd edək ki, Rusiya son 11 il ərzində Qırğızıstanın 703,2 milyon dollar həcmində xarici borcunu silib.

aia.az
Geri dön