Ana Sayfa > Təhsil > ATU-nun Tədris Terapevtik Klinikasında müəlimlər üçün seminar keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında müəlimlər üçün seminar keçirilib


19-01-2018, 15:47. Yazar: admin



Bu gün – yanvarın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şüa diaqnostikası və şüa terapiyası kafedrasında tədris- metodik seminar keçirilib. Məqsəd kafedranın professor-müəllim heyətinin bilik və bacarığının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Seminarı giriş nitqiylə açan kafedranın müdiri, dosent Məlahət Sultanova bu tədbirin mühüm əhəmiyyətə malik olduğunu vurgulayıb: “Belə seminarların mütəmadi olaraq keçirilməsi tədrisin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edir. Yalnız müəllimlərin iştirak etdiyi belə seminarların keçirilməsində əsas məqsəd, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, müasir şüa diaqnostik müayinələrin əsas prinsiplərinin tələbələrə daha yaxşı aşılanması və yeniliklərin dərs prosesinə uyğunlaşdırılmasıdır”.

M.Sultanova qeyd edib ki, seminarlar tədris proqramına uyğun olaraq keçiriləcək və kafedra əməkdaşları tərəfindən mövzular təqdim olunacaq. Tədrisin gedişində əyani vəsaitlərdən, kliniki müşahidələr və innovativ texnologiyalardan maksimum istifadə etmək tələbələrdə fənnin mənimsənilmə dərəcəsini artırır.

Seminarda “Şüa diaqnostik metodların texnologiyası və onun təşkili”, “Rentgen şüalarının alınması, təbiəti və xassələri”, “İonlaşdırıcı şüaların zərəli təsirindənqorunma tədbirləri” və “Rentgenoloji müayinə metodları” mövzuları müzakirə olunub. Kafedranın assistentləri R.Abdullayeva və t.f.d. H.Əsgərovanın mövzu ətrafında çıxışları dinlənilib. Məruzəçilər mövzunun əsas məqamları, rentgenoloji müayinə metodlarının diaqnostik alqoritmdəki yeri və rolundan danışıblar.

Kafedra müdiri M.Sultanova, dosent R.Həsənov, dosent G.Əliyeva, ass.G.Əhmədova mövzuya dair öz fikirlərini, irad və təklifllərini bildiriblər. Kafedra əməkdaşlarını düşündürən suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Sonda ATU-nun II müalicə proflkatika fakultəsinin dekanı İsrail Məhərrəmbəyli çıxış edərək belə seminarların keçirilməsinin vacibliyini xüsusi vurğulayıb və kafedraya gələcək işlərində uğurlar arzulayıb.

aia.az



Geri dön