Ana Sayfa > Siyasət > Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda AÇIQLAMA
Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda AÇIQLAMA18-01-2018, 17:44. Yazar: admin |
Xəbər verdiyimiz kimi, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranmışdı. Deputat ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq dövlət hesabına İsraildəki xəstəxanalardan birinə yerləşdirilib. Yevda Abramovun səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Vahid Əhmədov onun son durumundan söz açıb. Vahid Əhmədov bildirib ki, deputat həmkarı ilə hər gün əlaqə saxlayır. “Hazırda Yevda müəllim İsraildə müalicə alır. Demək olar ki, hər gün onunla telefon vasitəsilə əlaqə saxlayıram. Elə bir ciddi problemi yoxdur. Artıq özünü yaxşı hiss edir. Sonuncu dəfə Yevda müəllimlə dünən əlaqə qurdum. Mənə dedi ki, hər şey qaydasındadır. Hazırda onun müalicəsi davam etdirilir”. aia.az Geri dön |