Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda banka basqın olub

Bakıda banka basqın olub


18-01-2018, 14:50. Yazar: admin
Bakıda banka basqın olub




“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

“Report”un xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.


aia.az
Geri dön