Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Terrorda yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
Terrorda yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur14-11-2015, 18:04. Yazar: admin |
Zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir Parisdə baş vermiş terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, bu barədə Azərbaycanın Parisdəki səfirliyinə Fransa Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir. Geri dön |