Ana Sayfa > Karusel / Siyasət > NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”


17-01-2018, 18:12. Yazar: admin
NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”



NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov hazırda Bakıda keçirəcəkləri görüşü razılaşdırırlar.



Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Skaparotti bu gün NATO-nun Hərbi komitəsinin iki günlük sessiyasının yekunları üzrə bildirib.

“Sentyabrda bu görüş barədə razılaşdıq. Hazırda həmin görüş təşkil olunur”, - o qeyd edib.

Xatırladaq ki, daha öncə “BuzzFeed” portalı 2018-ci ilin yanvar ayında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Kertis Skaparottinin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüş keçirəcəklərini yazmışdı.



Bu, 2013-cü ildən bəri bu səviyyədə keçiriləcək ilk görüş olacaq. O vaxt ABŞ prezidenti Barak Obamanın administrasiyası NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanının rusiyalı həmkarı ilə təkbətək görüşlərini qadağan etmişdi. Bunu mənbəyə Skaparottidən əvvəl həmin vəzifəni tutmuş Filipp Bridlav təsdiqləmişdi.

aia.az
Geri dön