Ana Sayfa > Təhsil > Bərdədə “20 Yanvar Ümumxalq Hüzn günü”nün 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib
Bərdədə “20 Yanvar Ümumxalq Hüzn günü”nün 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib17-01-2018, 18:08. Yazar: admin |
17 yanvar 2018-ci il tarixdə şəhid Alı adına şəhər 5№li tam orta məktəbdə Bərdə rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar Ümumxalq Hüzn günü”nün 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Zərifə Məmmədova açaraq bildirdi ki, 20 yanvar faciəsi Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Məktəbin tarix fənni müəllimi Məfkurə Allahverdiyeva mövzu ilə bağlı məruzə etdi. Məktəbin direktoru Teymur Həmidov çıxışında qeyd etdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin təzahürü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxışında bildirdi ki, həmin faciəyə ilk etiraz səsini ucaldan və dünya ictimaiyyətinə çatdıran Ulu Öndər Heydər Əliyev olmuşdur. Belə ki, H.Əliyev hadisə baş verəndən sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək törədilmiş faciəni kəskin şəkildə pisləmiş və bu hadisəni törədənlərin cəzalandırılmasını tələb etmişdir.Sonra o, 20 yanvar faciəsinin müasir Azərbaycan tarixində xalqın birləşməsində, milli şüurun oyanmasında oynadığı roldan söz açdı və qeyd etdi ki, 20 Yanvar faciəsinin bütün dünyaya tanıdılmasında gənclərin üzərinə də böyük məsuliyyət düşür. İctimai Televiziyanın Qarabağ bölgəsi üzrə müxbiri, Qarabağ müharibəsi veteranı Şöhrət Eyvazov çıxış edərək tarix boyu xalqımızın başına açılan müsibətlərdən, 20 yanvar hadisələrində həlak olanlardan və onların içərisində gənclərin çoxluq təşkil etdiyini bildirdi və qeyd etdi ki, biz hər zaman müstəqillik yolunda həlak olan şəhidlərimizin adını həmişə uca tutmalıyıq. Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov 1980-ci illərin sonunda SSRİ məkanında gedən ictimai-siyasi proseslərdən,sovet imperiyasının dağılma ərəfəsində olduğundan, ümummilli lider Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından və bundan sonra xalqımızın başına gələn faciələrdən danışdı. O,qeyd etdi ki, məhz ulu öndər 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra “20 Yanvar” faciəsinə düzgün siyasi qiymət verilmişdir. Tədbirə məktəbin direktor müavini Zərifə Məmmədova yekun vurdu. aia.az Geri dön |