Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda bir gündə axtarışda olan 23 nəfər tutuldu

Azərbaycanda bir gündə axtarışda olan 23 nəfər tutuldu


17-01-2018, 12:52. Yazar: admin
Azərbaycanda bir gündə axtarışda olan 23 nəfər tutuldu




Yanvarın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

aia.az
Geri dön