Ana Sayfa > Cəmiyyət > Axtarışda olan 13 nəfər tutulub

Axtarışda olan 13 nəfər tutulub


15-01-2018, 11:13. Yazar: admin
Axtarışda olan 13 nəfər tutulub



Yanvarın 13-dən 15-dək respublikanın daxili işlər orqanlarında 183 cinayət faktı qeydə alınıb, onların 38-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

aia.az
Geri dön