Ana Sayfa > Gündəm / Seçilənlər-5 / Manşet / Karusel > Milyarder Qarabağa pul ayırdı - 1 milyon
Milyarder Qarabağa pul ayırdı - 1 milyon14-11-2015, 16:21. Yazar: admin |
Rusiyanın “Taşir” şirkətinin erməni əsilli prezidenti Samvel Karapetyan “Hayastan” ümumerməni fonduna 1 milyon dollar ianə ayırıb Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, vəsait Dağlıq Qarabağda 5 və daha çox uşağı olan ailələrə ev tikilməsi üçün sərf olunacaq. Erməni milyarderin ayırdığı vəsait hesabına 21 çoxuşaqlı erməni ailəsi evlə təmin olunacaq. Layihənin tam reallaşdırılması məqəsdilə noyabrın 26-da erməni diasporu bütün dünyada telemarafon keçirəcək və topladığı vəsaiti “Hayastan” fondunun hesabına yatıracaq. “Forbes” jurnalının məlumatına görə, 4 milyard sərvəti olan Samvel Karapetyan Rusiyanın ən varlı 26-cı adamıdır. Geri dön |