Ana Sayfa > Karusel / Cəmiyyət > Rus idmançını öldürən azərbaycanlının məhkəməsi başlayır

Rus idmançını öldürən azərbaycanlının məhkəməsi başlayır


15-01-2018, 10:50. Yazar: admin
Rus idmançını öldürən azərbaycanlının məhkəməsi başlayır



Rusiyanın Xabarovsk vilayət məhkəməsində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.



Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasınadair vəsatət qaldırıblar.


Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

aia.az
Geri dön