Ana Sayfa > Media / Karusel > Bu ölkədə "Şərab döyüşü" oldu (FOTO)
Bu ölkədə "Şərab döyüşü" oldu (FOTO)30-06-2015, 06:58. Yazar: admin |
![]() İspaniyanın Haro qəsəbəsində insanlar bir-birini şərabla sulayırlar. İspaniyanın şimalında Haro qəsəbəsində ənənəvi illik Batalla de Vino ("Şərab döyüşü") başlayıb və maraqlı məqamları ilə yadda qalıb. ANS PRESS-in məlumatına görə, bu mərasim hər il San Pedro şəhərinin Qoruyucu Mələyinin şərəfinə keçirilir. Rəvayətə görə, həmin mələk 5-ci əsrdə şəhərin keşikçisi olub. Mərasimə qatılanlar gecəni içərək əylənib, sahər isə bir-birini ucuz qiymətə satılan şərabla sulayırlar. İspaniyada bu qeyri-adi əyləncə mərasimi dünya mətbuatının diqqətindən yayınmayıb. Reuters agentliyinin paylaşdığı fotolarda həmin mərasimin necə keçirildiyini aydın təsəvvür etmək mümkündür. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri dön |