Ana Sayfa > Manşet / Ölkə > Sabahın hava PROQNOZU - Yağış, sulu qar, qar yağacaq
Sabahın hava PROQNOZU - Yağış, sulu qar, qar yağacaq13-01-2018, 11:41. Yazar: admin |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin aia.az-a verdiyi məlumata görə, sabahBakıdavə Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir, gecə və axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Azərbaycanınrayonlarındaarabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Geri dön |