Ana Sayfa > Karusel / Parlament > Ötən günün “yol terroru” - 4 hadisə 8 yaralı
Ötən günün “yol terroru” - 4 hadisə 8 yaralı13-01-2018, 11:40. Yazar: admin |
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb. aia.az Geri dön |