Ana Sayfa > Ölkə > Bakıda 6 avtobus marşrutun dayanacaq yeri dəyişdirildi

Bakıda 6 avtobus marşrutun dayanacaq yeri dəyişdirildi


12-01-2018, 17:15. Yazar: admin
Bakıda 6 avtobus marşrutun dayanacaq yeri dəyişdirildi




Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək. Bu barədə aia.az-a Bakı Nəqliyyat Mərkəzindən məlumat verilib.



Bununla əlaqədar 100, 108, 123, 134, 147 və 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-ə hərəkət etməsi təmin olunacaq.

aia.az
Geri dön