Ana Sayfa > Manşet / Ölkə > Şamaxı və İsmayıllıda yollar buz bağlayıb: hərəkət çətinləşib

Şamaxı və İsmayıllıda yollar buz bağlayıb: hərəkət çətinləşib


11-01-2018, 17:28. Yazar: admin
Şamaxı və İsmayıllıda yollar buz bağlayıb: hərəkət çətinləşib




Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.

APA-nın xəbərinə görə, Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.



Şamaxının Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.

Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib, yollar qardan təmizlənib. Buna baxmayaraq, axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir.

aia.az
Geri dön