Ana Sayfa > Manşet / Media > Bu il üç dəfə Günəş tutulması olacaq
Bu il üç dəfə Günəş tutulması olacaq11-01-2018, 17:23. Yazar: admin |
Bu il üç dəfə Günəş tutulması (qismən tutulma) baş verəcək. Onlardan ikisi cənub, biri isə şimal yarımkürəsini əhatə edəcək. Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək Günəş tutulması Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. İyulun 13-də baş verəcək Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə ediləcək. Avqustun 11-də Bakı vaxt ilə 12:02-dən 15:30-dək baş verəcək Günəş tutulması isə Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək. aia.az Geri dön |