Ana Sayfa > Aia TV > Qayınanası Sevdanı biabır etdi: "Cəmili ev, maşınla aldadır özünə ər etmisən""
Qayınanası Sevdanı biabır etdi: "Cəmili ev, maşınla aldadır özünə ər etmisən""10-01-2018, 17:50. Yazar: admin |
Müğənni Sevda Sanəliyevanın ailəsi ilə bağlı verdiyi açıqlama həyat yoldaşının anasının etirazına səbəb olub. Axşam.az-ın məlumatına görə, ifaçının qayınanası sosial şəbəkə vasitəsiylə sənətçinin ünvanına təhqir yazıb. O, Sevdanın yalan danışdığını, oğlunun ailəsini dağıtdığını bildirib. Xanım eyni zamanda oğlundan da incik olduğunu gizlətməyib: “Sən Cəmili evlə, maşınla, paltarla aldadıb özünə ər etmisən. O, özü də deyib ki, Sevdanı aldadıb atacam. Onun səsyazısı da var. İki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam”. Qeyd edək ki, Cəmilin anası bir dəfə də mediaya açıqlama verərək oğlunun onlardan icazəsiz Sevda ilə evləndiyini deyib. O bildirib ki, Sevda onun oğlunun ailəsini dağıdıb, iki uşağını atasız qoyub. Xatırladaq ki, Sevda “Show time” verilişində “Qarşı tərəfə cavab verməmişəm, verməyəcəm də. İnsanlıq halıdır, hər kəsin başına gələ bilər. Mənim də ilk ailəm dağılıb. Heç kəs boşanmaq üçün ailə qurmur. Mən ailə dağıtmamışam. Dağıda da bilmərəm. Çünki mən də atasız böyümüşəm. Heç bir övladı atasız görmək istəmirəm. Nə hansısa övladları gözü yaşlı qoyaram, nə də kiminsə evini yıxaram. İlk ailəmdən ayrılmışamsa, gedib onun boğazından yapışmalıyam ki, niyə məndən ayrılmısan? Evlilik 2 insanın qarşılıqlı verdiyi qərardı. Mən bu işin axırına çıxmışdım. Qarşı tərəf nə etmək istəyirsə, edə bilər” sözlərini deyib. Sevda iki dəfə ailəli olub. Onun iki övladı var. aia.az Geri dön |