Ana Sayfa > Ölkə > 6 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdi

6 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdi


10-01-2018, 12:10. Yazar: admin
6 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdi




6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev qeyd edib ki, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək:

"Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir”.

Qurum rəsmisi deyib ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.

aia.az
Geri dön