Ana Sayfa > Manşet / Media > Bu il hansı astronomik hadisələrin şahidi olacağıq?

Bu il hansı astronomik hadisələrin şahidi olacağıq?


10-01-2018, 12:09. Yazar: admin
Bu il hansı astronomik hadisələrin şahidi olacağıq?




2018-ci ildə Yer kürəsinin sakinləri bir neçə astronomik hadisənin şahidi olacaq.

aia.az-ın məlumatına görə, bu il iki tam ay tutulması və 3 qismən günəş tutulması müşahidə olunacaq.

İlin ilk ay tutulması yanvarın 31-də baş verəcək. Qeyd edək ki, yanvarın 2-də isə artıq "Superay” müşahidə olunub. Növbəti ay tutulmasının iyul ayında baş verəcəyi deyilib.

Günəş tutulmalarına gəlincə, bu astronomik hadisə 2018-ci ildə fevral, iyul və avqust aylarında baş verəcək.

Bundan başqa, bu il başqa bir maraqlı astronomik hadisə də olacaq. Belə ki, iyulun 27-də Marsın Günəşlə "qarşıdurması” müşahidə olunacaq.

aia.az
Geri dön