Ana Sayfa > Karusel / Cəmiyyət > Polis bir gündə 36 nəfər şübhəlini saxladı

Polis bir gündə 36 nəfər şübhəlini saxladı


10-01-2018, 12:08. Yazar: admin
Polis bir gündə 36 nəfər şübhəlini saxladı




Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər”lə açılıb.


Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumata görə, axtarışda olduğuna görə 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

aia.az
Geri dön