Ana Sayfa > Aia TV > ŞOK İDDİA: Makyaj sonsuzluq yaradır?
ŞOK İDDİA: Makyaj sonsuzluq yaradır?9-01-2018, 17:59. Yazar: admin |
Xanımların hər gün istifadə etdikləri makyajla bağlı maraqlı və həm də qorxulu bir iddia ortaya atılıb. Belə ki, kosmetik məhsullar istifadə edən bir qadının bədəni, hər gün ən az 500 kimyəvi maddənin təsirinə məruz qalır. Həkimlər isə bu kimyavi maddələrin sonradan hormonal pozğunluq yaratdığını və sonsuzluğa səbəb olduğunu bildirir. Bundan başqa, kosmetik məhsullar xərçəng xəstəliyinə yol açması da mümkündür. Pomada, lak, tonal krem, dezodorant, ətir, bədən losyonu, saç spreyi kimi məhsulların kimyəvi analizinin ardından şotlandiyalı alimlər erkən yaşda kosmetikadan istifadə edilməsinin daha risqli olmasını üzə çıxarmaqla yanaşı, hamilə qadınların bu tip məhsullardan istifadəsinin daha çox problemlə üzləşməsinin mümkünlüyünü ortaya qoyub. Belə ki, araşdırmalara görə, kosmetik vasitələrdən istifadə edən hamilə qadınlar ilk üç ay ərzində bu vasitələrdən imtina etməsə, dünyaya gələcək uşaqda sonsuzluq probleminin olma ehtimalı yüksəkdir. Bundan əlavə, aparılan araşdırmalar bitki mənşəli kosmetik vasitələrin də zərərli olduğunu ortaya qoyub. Sia.az aia.az Geri dön |