Ana Sayfa > Karusel / Parlament > Bulvarda intihar edən gəncin meyiti sudan çıxarıldı
Bulvarda intihar edən gəncin meyiti sudan çıxarıldı9-01-2018, 17:35. Yazar: admin |
Ötən gün bulvarda intihar edən gəncin meyiti çıxarılıb. aia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi bildirib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 8 yanvar 2018-ci il tarixində 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb. Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. aia.az Geri dön |