Ana Sayfa > Manşet / Gündəm > Nazir tapşırıq verdi: Alpinistlər tapılanadək axtarışlar davam etdiriləcək

Nazir tapşırıq verdi: Alpinistlər tapılanadək axtarışlar davam etdiriləcək


9-01-2018, 17:33. Yazar: admin
Nazir tapşırıq verdi: Alpinistlər tapılanadək axtarışlar davam etdiriləcək




Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək.

Bunu Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən əməliyyat müşavirəsində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə deyib.

Nazir müavini bildirib ki, bununla bağlı nazir Kəmaləddin Heydərovun göstərişi var. Alpinistlər tapılanadək axtarış-xilasetmə əməliyyatları davam etdiriləcək.

Qeyd edək ki,Qubarayonda dağlıq ərazidə itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü FəridəCəbrayılzadənin axtarışları davam etdirilir.

aia.az
Geri dön