Ana Sayfa > Karusel / Gündəm > Neftçalada broylerin 7 işçisi 800 cücə OĞURLADI
Neftçalada broylerin 7 işçisi 800 cücə OĞURLADI6-01-2018, 16:34. Yazar: admin |
Cari il yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə DİN-in "102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb. Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri - Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər. Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır. aia.az Geri dön |