Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > Cəlilabadda rəis jurnalisti döydü – VİDEO

Cəlilabadda rəis jurnalisti döydü – VİDEO


13-11-2015, 15:15. Yazar: admin

Nurəliyev öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı güc tətbiq edib.

Cəlilabadda idarə rəisi jurnalistə hücum edib.

Oxu.Az xəbər verir ki, buna səbəb Xəzər TV-nin Cəlilabad bürosunun müxbiri Rəhman Məlikovun rayon ərazisində qaz abonentlərinə istifadə etdiklərindən artıq yazılmış qeyri-qanuni borclarla bağlı hazırladığı sujet olub.

Qarşı tərəf kimi jurnalist Cəlilabad Qaz İstismar Sahəsindən mövcud məsələ ilə bağlı bir neçə dəfə açıqlama almaq istəsə də idarənin rəisi Günəşli Nurəliyev nəinki açıqlama verməyib, hətta öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı güc tətbiq edib.

Kadrlardan göründüyü kimi idarə rəisi əlləri ilə jurnalistin boğazından yapışaraq ona qarşı güc tətbiq edir. Artıq jurnalist faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.
[media=https://youtu.be/nmjvmTztwp8]
Geri dön