Ana Sayfa > Manşet / Siyasət > Saakaşvili barəsində 4 il həbs qərarı verildi
Saakaşvili barəsində 4 il həbs qərarı verildi5-01-2018, 11:28. Yazar: admin |
Tbilisi şəhər məhkəməsi qiyabi olaraq ölkənin sabiq prezidenti Mixail Saakaşvilini 4 il müddətinə azadlıqdan məhrum edib. aia.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, amnistiya nəticəsində Saakaşvilinin həbs müddəti üç ilə qədər enib. Sabiq prezident Sandro Qirqvlianinin iş üzrə "Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə” ittiham olunub. İstintaqın versiyasına əsasən, Mixail Saakaşvili Konstitusiya Təhlükəsizliyi Departamentinin sabiq rəhbəri Date Axaliyaya Sandro Qirqvlianinin qətlinə görə həbs olunanları əfv edəcəyinə söz verib. Bundan sonra Saakaşvili əfv komissiyasının qərarı olmadan Qerontiya Alaniya, Mixail Bibiluridze, Avtandil Apçiauri və Aleksandr Qaçayevi əfv edib.(azvision.az) aia.az Geri dön |