Ana Sayfa > Aia TV > İnstagram Rüfət İsmayılı rəsmən tanıdı

İnstagram Rüfət İsmayılı rəsmən tanıdı


4-01-2018, 10:36. Yazar: admin





Türkiyədə fəaliyyət göstərən həmyerlimiz dizayner Rüfət İsmayılın İnstagram-daki səhifəsi artıq rəsmi olaraq təsdiqlənib.

aia.az xəbər verir ki, dünyanın ən nəhəng sosial şəbəkəsi olan İnstaqram sahibləri R.İsmayılın 20,6 min izləyicisi olan hesabında simvolik mavi işarələrini qoyublar. Bununla da sözügedən şəbəkə adminləri Rüfəti rəsmən tanıdıqlarını təsdiqlədilər.

Qeyd edək ki, mavi işarənin hesablara tətbiq edilməsi, səhifə sahibinin profilinim "fake", yəni saxta olmadığını göstərir. Bu işarəni məşhurlara və ya qlobal şirkətlərə məxsus hesablarda görmək mümkündür. Bu günə kimi yerli sənətçilər arasında xalq artisti Aygün Kazımova, əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan, rəqqasə Oksana Rəsulova, müğənnilər Günay İbrahimli, İlhamə Qasımova, Sevda Yahyayeva, Nuri Sərinləndirici, Günel Zeynalova, Safurə Əliyeva və stilist Anar Ağakişiyev İnstagram tərəfindən rəsmən tanınıb.

aia.az


Geri dön