Ana Sayfa > Karusel / Cəmiyyət > İsmayıllıda ağır qəza: polis zabiti yaralandı

İsmayıllıda ağır qəza: polis zabiti yaralandı


29-12-2017, 10:04. Yazar: admin
İsmayıllıda ağır qəza: polis zabiti yaralandı


İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

aia.az report-a istinadənxəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 92-ci kilometrliyində qeydə alınıb.

Gecə saatlarında yolun sərt döngəsində idarəetmədən çıxan "Niva" markalı maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü polis əməkdaşı Səfərli Ayxan Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Ayxan Səfərli Şəki rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön