Ana Sayfa > Aia TV > "Onu gizlin sevirəm…" - Samirə üçüncü dəfə ərə gedir?

"Onu gizlin sevirəm…" - Samirə üçüncü dəfə ərə gedir?


28-12-2017, 17:45. Yazar: admin
"Onu gizlin sevirəm…" - Samirə üçüncü dəfə ərə gedir?



Aşıq Samirə şəxsi həyatından danışıb.

aia.az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi gizlin sevgi yaşadığını etiraf etsə də, üçüncü dəfə ailə qurmaq fikrində olmadığını deyib:

"Hər bir qadın xoşbəxt olmağı düşünür və istəyir ki, yanında kimsə olsun. Mən də üçüncü dəfə ailə qurmağa pis baxmıram. Lakin övladlarıma görə o arzuya, o niyyətə xətt çəkmişəm. Nə gizlədim, qınaqdan qorxuram. Hərçənd, əvvəllər belə şeylərdən daha çox qorxurdum. Çünki ailə qurdum söz etdilər, boşandım söz etdilər, uşağım oldu söz etdilər. Bilmirsən necə yaşayasan ki, insanlar sənin həyatına müdaxilə etməsinlər, qanını qaraltmasınlar".

Samirə gizlin sevgisindən də danışıb:

"Fərq etməz kişi, ya qadın... insan sevməsə yaşaya bilməz. Sevgisiz düşmənimiz olsun. Mən də sevirəm. Sevgi o vaxt gözəldir ki, onu gizlin yaşayırsan. Mahnıda deyildiyi kimi, mən səni sevmişəm, səndən xəbərsiz. Bəzən kimisə düşünmək belə səni xoşbəxt edir. Amma yox, onun da mənim sevgimdən xəbəri var".

Qeyd edək ki, aşıq Samirə iki dəfə ailəli olub. İki övlad anasıdır".

aia.az
Geri dön