Ana Sayfa > Gündəm / Manşet / Karusel > Ötən ay 1494 nəfər əmək qanunvericiliyini pozub
Ötən ay 1494 nəfər əmək qanunvericiliyini pozub12-11-2015, 16:53. Yazar: admin |
Cari ilin oktyabr ayında 1494 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il ərzində iş yerlərində əmək hüquqlarının pozulması hallarının tədricən azalması ilə müşaiyət olunur. Belə ki, son bir ayda vətəndaş müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 23,5 faiz, cari ilin sentyabr ayı ilə müqayisədə isə 17,1 faiz azalaraq 1494-ə enib. Ümumilikdə, cari ilin 10 ayında belə hüquq pozuntularının sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz azalma özünü göstərib. Qeyd edək ki, əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi hallarının əsasən topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində özünü göstərdiyi müəyyən edilib. Aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb, işçilərin əmək hüquqlarının pozulması hallarının bir daha təkrarlanmaması üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb. Geri dön |