Ana Sayfa > Şou-biznes / Manşet / Karusel > Stalin müqəddəsləşdirilə bilər

Stalin müqəddəsləşdirilə bilər


18-06-2015, 19:57. Yazar: admin

“Cənnət qüvvələri Sovet İttifaqıdır”.

Yazıçı Aleksandr Proxanov SSKP MK-nın (Sovet Sosialist Kommunist Partiyasının Mərkəzi Komitəsi) baş katibi İosif Stalini müqəddəs simalar sırasına daxil etməyə çağırır.

Aia.az “Qazeta”ya istinadən xəbər verir ki, bu barədə Proxanov “Qovorit Moskva” radiostansiyasının efirində bəyan edib.

“1941-1945-ci illərin müharibəsində qazanılan qələbə müqəddəs qələbə hesab edilir. Çünki bu müharibədə cənnət və cəhənnəm qüvvələri toqquşub. Cəhənnəm qüvvələri Hitler və faşizmdir. Cənnət qüvvələri isə Sovet İttifaqıdır. Qələbənin lideri İosif Vissarionoviç Stalindir. O, müqəddəs Məsih qələbəsinin lideridir”, - yazıçı izah edib.
Geri dön