Ana Sayfa > Karusel / Cəmiyyət > Bərdədə yol polisi həyat yoldaşını BIÇAQLADI

Bərdədə yol polisi həyat yoldaşını BIÇAQLADI


27-12-2017, 10:26. Yazar: admin
Bərdədə yol polisi həyat yoldaşını BIÇAQLADI


Bərdədə qətl törədilib.



aia.az lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bərdə rayon Əliyanlı kənd sakini, 1987-ci il təvəllüdlü Şükürov Sevindik Şəmşir oğlu yaşadığı evdə həyat yoldaşı, 30 yaşlı Anjelikaya çoxsaylı bıçaq zərbələri endirib.



Hadisə evin yataq otağında baş verib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.



Məlumata görə, hadisəni törədən Sevindik Şükürov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşıdır.



O, inspektor vəzifəsində çalışır. Hadisədən sonra yol polisi əməkdaşı hüquq-mühafizə orqanlarına təslim olub.


Faktla bağlı cinayət işi açılıb.

aia.az
Geri dön