Ana Sayfa > Karusel / Ölkə > Bakıda nənə və nəvə maşının altında qaldı: 1 ölü,1 yaralı

Bakıda nənə və nəvə maşının altında qaldı: 1 ölü,1 yaralı


27-12-2017, 10:03. Yazar: admin
Bakıda nənə və nəvə maşının altında qaldı: 1 ölü,1 yaralı




Bakı şəhərinin Nəsimi rayonunda ağır yol qəzası baş verib.

aia.az lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında "İsuzu” markalı yük maşını yolu keçən 80 yaşlı Zəhra Binnətova ilə 13 yaşlı nəvəsi Elviranı vurub. Ağır xəsarət alan nənə və nəvəsi 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Z.Binnətovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

aia.az
Geri dön