Ana Sayfa > Manşet / Cəmiyyət > FHN itkin düşən 3 alpinist barədə məlumat yaydı

FHN itkin düşən 3 alpinist barədə məlumat yaydı


27-12-2017, 10:01. Yazar: admin
FHN itkin düşən 3 alpinist barədə məlumat yaydı




Fövqəladə Hallar Nazirliyi (FHN) alpinistlərin itkin düşməsilə bağlı məlumat açıqlayıb.

FHN-dən aia.az-a verilən məlumata görə, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Klubun yaydığı məlumata görə, alpinistlər -Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib.

aia.az
Geri dön