Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bu il Bakıda 94 uşaq evdə doğulub
Bu il Bakıda 94 uşaq evdə doğulub26-12-2017, 14:45. Yazar: admin |
Bu il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 3099 müraciət daxil olub. Bu barədə Səhiyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, doğuşla bağlı müraciətlərin sayı 3099, hospitalizasiya 3084; tibb müəssisəsindən kənar doğuşların sayı 94 olub. Onların da 93 hospitalizasiya olunub. Hospitalizasiyadan imtina edilən bir hal barəsindəBakıBaş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilmiş, ünvana polis əməkdaşları dəvət olunub. Qeyd edək ki, ötən ilBakıda evdə doğuşla bağlı BŞT və TTYS-a 68 müraciət daxil olub. aia.az Geri dön |