Ana Sayfa > Ölkə > “BakıKart”la bağlı PROBLEM – Ekspert çıxış yolunu göstərdi

“BakıKart”la bağlı PROBLEM – Ekspert çıxış yolunu göstərdi


26-12-2017, 14:44. Yazar: admin
“BakıKart”la bağlı PROBLEM – Ekspert çıxış yolunu göstərdi


"BakıKart” ilə işləyən avtobusların sayı artdıqca dayanaqcaqlardakı aparatların önündə növbələr də uzanır. Elə buna görə hər dəfə karta gediş üçün vəsait ödəmək üçün xeyli vaxt sərf etməli oluruq.

Bəzi hallarda bütün dayanacaqlarda belə aparatlar olmadığından digər dayanacağa qədər piyada getməkdən savayı əlacımız qalmır. Ən yaxşı halda digər sərnişindən əvəzimizdən ödəniş etməsini xahiş edib onun lütfkarlığına sığınmalı oluruq. Dayanacaqdakı aparatlarda texniki problem yarandıqda isə vəziyyət daha da qəlizləşir.

Bu barədə danışan iqtisadçı Samir Əliyev deyib ki, metropolitendə belə aparatların sayı çox olsa da avtobus dayanacaqlarında onların sayı 1-dən çox deyil:

"Bəzi dayanacaqlarda quraşdırılan MilliÖn aparatlarının dəstəyi də yetərli deyil. Şəhər nəqiyyatının nağdsız ödənişə keçməsi təqdirəlayiqdir. Demək olar ki, əhali bu sistemə tam öyrəşib. Bunun üçün müəyyən qədər infrastruktur da qurulub. Ancaq bu infrastruktur köhnəldikcə daha çox yatırım tələb edəcək. Təsəvvür edin, bir dayanacaqda aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini nə qədər çətinləşdirir”.

"Xaricdə əvvəlcədən ödənişə görə qiymət azalır”

S.Əliyev xarici ölkələrdəki praktikaya diqqət çəkib:

"Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur. Niyə? Səbəb çox sadədir. Xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən tarif bir gedişlik, günlük (sutkalıq), həftəlik, aylıq hətta illik olur. Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burada həm də əhali qazanır, xərcləri azalır və aparatların qarşısında vaxt itirmirlər. Nəqliyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait etmələri olur. Azərbaycanda da nəhayət ki sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər bizdə birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın?”

Gediş kartını evdə unutmusuzsa...


Ekspertin deyib ki, digər məsələ ödənişin rahatlığının təmin edilməsidir:
"Əhali hələ də "BakıKart” kartından asılı vəziyyətdədir. İtirdikdə və ya təsadüfən evdə unutduqda yenisini almaq məcburiyyətində qalır. Halbuki çıxış yolu ödəniş sistemini digər kartlara da bu sistemə uyğunlaşdırmaqdır. Bunun üçün debet (maaş, pensiya və s.) və kredit kartları, eyni zamanda mobil telefon vasitəsilə ödənişə imkan verən NFC (Near-field communication) sisteminin tətbiqinə başlanılmalıdır.

Şəhərdaxili sərnişindaşımada gediş haqlarının artırılması zaman məsələsidir. Bu addım xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə mənfi təsir edəcək. Hökumət indi etməsə də qiymət artım zamanı differensial tarifi tətbiq etməklə artımın əhaliyə neqativ təsirini bir qədər azalda bilər”.(modern.az)

aia.az
Geri dön