Ana Sayfa > Gündəm > Prezident sabiq DİN rəhbərini xəyanətdə ittiham etdi

Prezident sabiq DİN rəhbərini xəyanətdə ittiham etdi


25-12-2017, 17:33. Yazar: admin
Prezident sabiq DİN rəhbərini xəyanətdə ittiham etdi




Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin sabiq daxili işlər naziri Adham Ahmedbayevi xəyanətdə ittiham edib.

AzVision.az xəbər verir ki, bu barədə “Gazeta.uz” məlumat yayıb.

“Xəyanətə görə general-leytenant rütbəsindən məhrum etdiyim sabiq Adham Ahmedbayevin harada olduğunu bilirsiniz. Mənim vicdanım onun Özbəkistanın naziri kimi xəyanət edərək bir qrupa qoşulmasını bağışlamadı... Ona görə siz də unutmayın”, - deyə Özbəkistan prezidenti vurğulayıb.

Ş.Mirziyoyev eyni zamanda Ali Məhkəmənin sədri Kozimjon Kamilov, onun müavini və Ali Məhkəmə Şurasının sədri Maruf Usmanovun işindən narazı olduğunu deyib: “Bütün xalqın qarşısında deyirəm ki, mən sizdən narazıyam. Mən sizin dördünüzü üç aydan sonra işdən çıxaracağam. Səlahiyyətlərim mənə xalq tərəfdən verilib. Heç kimin hakimlərə xalqdan kənar düşmək hüququ yoxdur”.

aia.az
Geri dön