Ana Sayfa > Manşet / Media > Azərbaycanlı miqrantların çox olduğu ölkələr - SİYAHI

Azərbaycanlı miqrantların çox olduğu ölkələr - SİYAHI


25-12-2017, 10:34. Yazar: admin
Azərbaycanlı miqrantların çox olduğu ölkələr - SİYAHI


"2017-ci ildə 2 570 014 halda 1 432 700 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 579 004 halda isə 1 439 023 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb. Ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 720 024 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Son üç ayda isə Azərbaycana gəlib burada yaşadığı yer üzrə qeydiyyata düşən əcnəbilərin sayı 170 mindən artıq olub. Bu rəqəmə Azərbayacana gəlib 10 gün ərzində ölkəni tərk edən əcnəbilərin sayı daxil deyil”.

aia.az xəbər verir ki, bu sözləri Modern.az-aaçıqlamasında Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov qeyd edib.

O deyib ki, Rusiya isə Azərbaycanın ən çox miqrasiya proseslərinin intensiv xarakter aldığı ölkədir. Bunun da başlıca səbəbi orada yaşayan çoxsaylı soydaşlarımızla olan və bir çox müstəvidə, xüsusilə də siyasi, iqtisadi, sosial və mədni sahələrdə olan əlaqələrin sıx olması ilə bağlıdı.

Azər Allahverənov bu siyahıda Rusiyanın adının birici gəlməsinin səbəbini belə izah edib:

"Rusiya mənbələrində təxminən 2 milyon azərbaycanlının Rusiya ərazisində olduğu bildirilir. Bunun təxminən 500 mini Azərbaycan Respublikasının, 1 milyon yarımdan çoxu isə Rusiya Federasiyasının vətəndaşıdır.

Rusiyada yaşayan həmvətənlilərimiz də Azərbaycana gələndə miqrant kimi daxil olduqları üçün Rusiyanın adı bu sıralamada birinci gəlir”.

aia.az
Geri dön